BMT Baş katibliyinin iclasında iştirak etmək üçün Nyu Yorka gedən İsrailin baş naziri Benyamin Netanyahunun 20 cangüdənin müşaiyyətilə tualetə getməsi diqqət cəlb edib.
Teleqraf.com xəbər verir ki, həyat yoldaşı Sara ilə birlikdə Şeri-Niderland otelindəki restoranda şam edən baş nazirin ciddi qoruma altında olması jurnalistlərin marağına səbəb olub. Nyu Yorkda təhlükəsizliyi ən ciddi qorunan siyasətçinin tualetə belə cangüdənlə getməsi müzakirələrə yol açıb.
Ayxan