28 Sentyabr 2016 00:02
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın xarici işlər naziri Boris Cohnson Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsindən sonra Türkiyə ilə "nəhəng" azad ticarət müqaviləsi istədiyini deyib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Ankaraya səfəri zaman Conson əlavə edib ki, Türkiyə və Böyük Britaniya Suriya məsələsində eyni mövqedədirlər.

O, iki ölkəni "yeni tərəfdarşlığa" çağırıb. Conson həmçinin jurnalistlərə Türkiyə prezidenti Ərdoğan barədə "təhqiramiz" şeirinin türk rəsmilərilə söhbətlərdə müzakirə olunmadığını deyib.

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömer Çelik ilə birgə mətbuat konfransında iştirak edən cənab Cohnson deyib ki, türk mallarının ən böyük idxalçılarından biri olmaqla Böyük Britaniyanın bəxti gətiribdir: "Mən, ölkəmdə bir çox başqaları kimi, fəxr edirəm ki, gözəl və yaxşı işləyən türk paltaryuyan maşınına sahibəm".

Boris Conson həmçinin Türkiyədəki qaçqın düşərgəsini ziyarət edib

Conson qeyd edib ki, Birləşmil Krallıq Türkiyə ilə nəhəng azad ticarət müqaviləsi bağlamaq niyyətindədir. "Biz Avropa İttifqaını tərk edirik, amma biz Avropanı tərk etmirik", o əlavə edib.

Türk əsilli Boris Cohnson Britaniyanın "Spectator" jurnalında Türkiyə prezidenti Ərdoğan barədə təhqiramiz şerə görə tənqidlə üzləşib.


Müəllif:

Oxşar xəbərlər