30 Sentyabr 2016 10:54
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəmlik ayında məscidlərdə monitorinqlər aparılacağını açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, Məhərrəmlik ayının keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətva verdiyini açıqlayan Komitə sədri bildirib ki, fətvada bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməsinin vacibliyi qeyd olunub: "Eyni zamanda, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki bizim ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir, məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl etməlidir. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi ilə əlaqədar monitorinqlər keçirirlər. Əgər pozuntular olsa, biz onunla əlaqədar müvafiq tədbirlər görürük".

Mübariz Qurbanlı bildirib kİ, Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir: "Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir. "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir. Bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır. O cümlədən müxtəlif dini atributları nümayiş etdirmək olmaz. Bu, yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O cümləfən gələn həftə şeyxülislam Allahşükür Paşazadə ilə birgə Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha müzakirə edəcəyik".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər