30 Sentyabr 2016 17:00
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail tərəfi Mavi Mərmərə hadisəsi ilə bağlı götürdüyü təzminat öhdəliyini yerinə yetirib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bilidirilib ki, 20 milyon dollarlıq təzminat Ədliyyə Nazirliyinin hesabına yatırılıb.

Qeyd edək ki, 2010-cu ildə Qəzzaya yardım aparan Mavi Mərmərə gəmisinə edilən hücum zamanı 10 türk həyatını itirmişdi. Hadisədən dərhal sonra iki ölkə arasında əlaqələr kəsilmişdi. Türkiyə tərəfi İsraildən hadisəyə görə üzr istəmək və təzminat, eləcə də Qəzzadakı blokadanın qaldırılması tələbi ilə çıxış etmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər