Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiyanın Xarici İşlər Nazirliyinin "facebook" səhifəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya və ABŞ rəsmilərinin telefon danışığında Hələbdə yaranmış vəziyyətin normallaşdırılması da diqqət mərkəzində olub.
Xarici İşlər Nazirliyinin xəbərində xüsusi olaraq qeyd edilir ki, Suriya müxalifətinə məxsus silahlı birləşmələr "Cəbhət-ən Nüsrə" terrorçularını təcrid etməkdən imtina edir.
Rusiya XİN-in nümayəndələri həmçinin vurğulayıblar ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə keçirilib.