ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5% qabaqlayır.
APA-nın məlumatın görə, CNN-in keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 47 faizini, Tramp isə 42 faizini toplaya bilib.
Qeyd edək ki, ötən həftə “Reuters” agentliyi və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş sorğuda rəyi soruşulanlardan 43 faizi Klintonu, 38 faizi isə Trampı dəstəkləyib.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.