ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Moskvaya səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Nulandın bir sıra vacib görüşlər keçirəcəyi açıqlanıb.
Məlumatlara görə, diplomatın Moskvaya səfərinin məqsədi Ukrayna böhranını müzakirə etməkdir: "Nuland Moskvada Ukrayna böhranının həlli, Minsk öhdəliklərinin yerinə yetirilməsi, "Normand dördlüyü"nün növbəti görüşü ilə bağlı fikir mübadiləsi aparacaq".
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Nulandın ABŞ-dakı prezident seçkilərinə qədər Moskvaya səfərinin planlaşdırılmadığını demişdi.
Samir