ABŞ Təhsil Nazirliyi Texasdakı Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəsi olan “Harmony” məktəblərinə 26,7 milyon dollar maliyyə dəstəyi verəcək.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, ABŞ 2016-ci ildə “müəllim subsidiyaları proqramı” çərçivəsində 13 məktəbə yardım ayrılması qərarı verib.
FETÖ ilə əlaqəli olduğu deyilən “Harmony” məktəblərinə bu il 5,9 milyon, ümumilikdə 5 il ərzində isə 26,7 milyon dollar məbləğində subsidiya veriləcək. Bu qərar Türkiyədə narahatlığa səbəb olub. Yaxın günlərdə ABŞ Təhsil Nazirliyi tərəfindən maliyyə yardımı ayrılan məktəblərin tam siyahısı və bu yardımın hansı səbəbdən verildiyi ilə bağlı geniş izahat olacağı gözlənilir.
Kəmalə