16 Oktyabr 2016 11:59
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvətləri tərəfindən başda İŞİD olmaqla terror təşkilatlarının yaratdığı təhdidi aradan qaldırmaq, sərhəddə təhlükəsizliyi gücləndirmək və koalisiya qüvvələrinə dəstək vermək məqsədiylə başladılan Fırat Qalxanı hərəkatı davam edir.

Teleqraf.com "Hürriyet"e istinadən bildirir ki, hərəkatın 54-cü günündə Suriyanın müxalif güclərindən ibarət xüsusi qrup, qurudan və havadan dəstək almaqla Marenin şərqindəki Ghaytun və Geylaniyə bölgələrini ələ keçirib. Arşakda döyüşlər davam edir.

Fırat Qalxanı Hərəkatı çərçivəsində dünən xeyli İŞİD üzvü məhv edilib. Azad Suriya Ordusundan 9 nəfər şəhid olub, 28 nəfər yaralanıb. Müxaliflərin irəliləmə hərəkatına dəstək zamanı İŞİD-ə aid 84 hədəfə zərbə endirilib. Arşak və Dabıkda 6 hədəfə 6 bomba atılıb, terror təşkilatına aid 2 müdafiə qurğusu, 3 idarəetmə mərkəzi və bir antena məhv edilib.

Koalisiya qüvvələri isə Arşak və Dabıkda terror təşkilatına aid hədəflərə 8 hava hücumu gerçəkləşdirib, 7 terrorçu məhv edilib, 2 müdafiə qurğusu sıradan çıxarılıb.

Nihad


Müəllif: