Filippinin qalmaqallı fikirləri və ifadələri ilə məşhurlaşmış prezidenti Rodriqo Duterte “Əl-Cəzirə” telekanalına müsahibəısində bildirib ki, ölkədə davam edən narkotiklərlə mübarizə çərçivəsində heç bir insan hüququndan söhbət gedə bilməz. “Tüpürüm insan hüquqlarına”, – prezident deyib.
Virtualaz.org xəbər verir ki, müsahibəsində Duterte narkotik qəbul etməkdə günahlandırılaraq məhkəməsiz öldürülmüş, içərisində uşaqların da olduğu 3500 filippinlini “kənar zərər” adlandırıb.
“Mənim ölkəmi dağıtmaq arzunuz olacaqsa, sizi öldürəcəyəm”, – dövlət başçısı deyib.