Kamerunun paytaxtı Yaoundenin 120 kilometr qərbində yerləşən Eseka şəhərində sərnişin qatarı qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 53 nəfər həlak olub, 300 nəfər yaralanıb.
Məlumatlara görə, qatar həddindən artıq yükləndiyi üçün aşıb. Ölkənin nəqliyyat naziri Edqard Alain Mebe Nqo bildirib ki, hadisə zamanı qatarda 600 sərnişin olub.
Samir