25 Oktyabr 2016 01:52
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı mütəxəssislər tələbələrə ABŞ-dakı prezident seçkisindən danışacaqlar

Amerikalı mütəxəssislər Azərbaycanda “ABŞ-da prezident seçkiləri” mövzusunda mühazirə oxuyacaqlar.

Teleqraf.com-un məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikadan iki mütəxəssisi - professor Ceyms Thurber və xanım Klaudiya Thurberi Azərbaycana dəvət edib. Mütəxəssislər oktyabrın 24-dən 28-dək Azərbaycandakı universitetlərdə qarşıdan gələn ABŞ prezident seçkiləri haqqında təqdimatlar edəcəklər. Thurberlər özəl və dövlət universitetlərində mühazirə ilə çıxış edəcəklər. Mühazirələrin əsas mövzusu ABŞ-da keçirilən bu ilki prezident seçkilərinə baxış, seçki kampaniyası strategiyaları, namizədlər haqqında qısa məlumat, seçici kollegiyası və s. olacaq.

Mühazirələr oktyabrın 26-da saat 14:00-da Bakı Dövlət Universitetində, oktyabrın 27-si saat 10:30-da Dövlət İdarəçiliyi Akademiyasında və həmin gün saat 15:30-da “ADA” Universitetində olacaq. Oktyabrın 28-də saat 16:00-da Bakı Amerika Mərkəzində olan mühazirə ictimaiyyətə açıq olacaq.

Professor Ceyms Thurber və xanım Klaudiya Thurberi federal hökumətlə işləmək və Amerikada siyasi prosesləri izləmək sahəsində böyük təcrübəyə malikdirlər. Prof. Ceyms Thurber Vaşinqton şəhərində Amerika Universitetində ali professordur və Konqres və Prezident Tədqiqatları Mərkəzinin təsisçisidir. Xanım Klaudiya Thurber federal xidmət sahəsində 20 ildən artıq təcrübəsi olan peşəkar hüquqşünas, Vaşinqtonda müvəkkil, və siyasətdə qadınların rolu sahəsində mütəxəssisdir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər