"Yaxın günlərdə Suriyanın Rakka şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyatlar başlayacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Eşton Karter beynəlxalq koalisiya da daxil olan 13 ölkənin müdafiə nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, koalisiyaya üzv ölkələr əməliyyatlarla əlaqədar hazırlıq işlərinə başlayıb. Karter əlavə edib ki, Rusiya bu əməliyyatlara qatılmayacaq.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl verdiyi açıqlamada ölkəsinin ABŞ ilə birgə Rakka əməliyyatlarına qatıla biləcəyini demişdi.
Samir