İranın hazırkı prezidenti Həsən Ruhani növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, onun 2017-ci ilin mayında keçirilək seçkilərdə namizəd olacağı xəbərini daxili işlər naziri Əbdülrza Rəhmani-Fəzli yayıb. Onun sözlərinə görə, Ruhani hökumətə seçkilərdə şəffaflığı təmin etmək üçün tapşırıqlar verib.
Qeyd edək ki,sabiq prezident Mahmud Əhmədinejadın namizədliyini verəcəyi haqda mediada xəbərlər yayılsa da, sonradan o, bu məlumatı təkzib etmişdi. Əhmədinejadı əvəz edən H.Ruhani 2013-cü ilin avqust ayından prezident kürsüsündə əyləşib.