5 Noyabr 2016 11:03
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Çeçenistan vətəndaşı olan 3 terrorçu saxlanılıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, saxlanılan Maxran Saidov, Aslanbek Vadalov və Tarxan Qaziyev Rusiyada müxtəlif cinayətlər səbəbindən axtarışda olublar:

"Onlar Çeçenistandakı terror qruplaşmasının başçılarıdır. Onların müxtəlif terror əməllərində əlləri olması ilə bağlı çox sayda sübutlarımız var. Vadalov İşxoy-Yurtda 10 polis əməkdaşını, Benoy-Vedeno meşəsində 3 dinc sakini xüsusi amansızlıqla öldürüb. Qaziyev Çeçenistan meşələrindən birində 82 yaşlı şəxsi qətlə yetirib. Arbi Barayevlə birlikdə Rusiyanın vitse-prezidenti Valentin Vlasovu qaçırıb, Quxoyedə 1 polis əməkdaşını qətlə yetirib, 4-nü yaralayıb. Saidov 20 nəfərin qətlində şübhəli bilinir".

Çıxışının sonunda Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib: "Xahiş edirəm, tutulan terrorçuları Çeçenistana ekstradisiya edəsiz. Onlar Rusiya qanunları ilə cəzalandırılacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər