İnterpol Baş Assambleyasının 85-ci sessiyası İndoneziyanın Bali adasında yerlәşәn Nusa Dua konqres mәrkәzindә öz işinә başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 167 ölkәdən 1360 nümayәndәnin iştirak etdiyi sessiyanın builki mövzusu terrorizmlә mübarizәdir.
Sessiyada İnterpolun növbәti dönәm sәdri dә seçilәcәk. Sədrlik uğrunda Çin Xalq Respublikasından Dövlət Təhlükəsizliyi nazirinin müavini Hongvei Meng və Namibiyadan general-polkovnik Sebastyan Ndeitunqa mübarizә aparacaq.
İclasda iştirak edən türkiyəli rəsmilər təşkil olunan paneldə PKK, YPG vә Fәtullahçı terror tәşkilatları, iyulun 15-də ölkədə baş verən hərbi çevrilişə cəhd ilə bağlı çıxış edəcəklər.
Qeyd edәk ki, sessiya öz işini noyabrın 10-da başa çatdıracaq.
Samir