8 Noyabr 2016 12:21
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bu gün prezident seçkiləri keçiriləcək. Bu ilki seçki kampaniyası ən aqressiv proses kimi təqdim olunur.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Demokratlar partiyasının 69 yaşlı namizədi Hillari Klinton həm sorğularda, həm də müzakirələrdə rəqibini qabaqlayır. Ancaq Respublikaçılar partiyasından olan 70 yaşlı Donald Tramp ən vacib ştatlarda səsləri qazansa, seçkilərdə qalib gələ bilər. Demokratlar 4 il idi ki növbəti seçkilərdə namizədlərinin Hillari Klinton olacağını bildirirdilər.

Bir çoxları ilk dəfə seçki kampaniyasında çıxışından sonra Trampın ancaq şou verilişlərinin iştirakçısı olacağını düşünürdü. Hillari Klinton isə bugünə qədərki namizədlər kimi təcrübəli davrandı və mövqeyini ortaya qoydu. Hər iki namizəd seçki kampaniyası vaxtı barələrində çıxan qalmaqallı məlumatları təkzib etməklə məşğul oldular. Hillari Klinton dövlət katibi olduğu zaman yazdığı elektron məktublarla əlaqədar Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırmaları ilə üz-üzə qaldı. Tramp isə qadınlar haqqında alçaldıcı sözlərinə və təcavüz iddialarına görə qınaq obyektinə çevrildi.

Klinton diqqətsiz davrandığını qəbul edib üzr istədi. Tramp yayımlanan videodakı sözləri hər bir kişinin paltardəyişmə otağında dostuna deyə biləcəyini iddia etsə də, o da üzr istədi. Biri-birinə təhqir yağdırdılar. Tramp hər dəfə Klintona "kələkbaz, yalançı" deyə müraciət etdi. Hillari isə Trampı "zalım, təcavüzkar" adlandırdı.

Hazırda ABŞ-da seçkilərdə iştirak hüququ qazanan 250 milyon insan var. Onlardan 50 milyonu erkən səsvermədə iştirak edib. Mütəxəssislərin fikrincə, bu ilki səsvermə prosesi ABŞ tarixində ən gərgin seçkilər kimi yadda qalacaq.

Seçki kampaniyasının davam etdiyi 1 il yarım ərzində bir çox nüfuzlu nəşrlər oxucuları arasında soğru təşkil ediblər. Sonuncu gün aparılan sorğunun nəticəsi isə xüsusilə diqqət çəkir:

ABC/Washington Post: Klinton 48, Tramp 43

NBC/Wall St. Journal: Klinton 44, Tramp 40

Morning Consult: Klinton 45, Tramp 42

FiveThirtyEight: Klinton 48, Tramp 46

Fox News: Klinton 45, Tramp 43

USA Today: Klinton 45, Tramp 43

Rasmussen: Klinton 44, Tramp 44

McClatchy/Marist: Klinton 46, Tramp 44

Ipsos/Reuters: Klinton 44, Tramp 40

Samir


Müəllif:

Oxşar xəbərlər