10 Noyabr 2016 12:31
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "F/A-18 Hornet" qırıcısı toqquşub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının San-Diyeqo şəhəri yaxınlığında baş verib.

Məlumatlara görə, hadisə təlim uçuşları zamanı baş verib. Pilotlardan biri katapult etdikdən sonra Sakit okean sularına düşüb. O, sahil-mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas olunub. Digər pilot isə zədələnmiş qırıcını yerə endirməyə müvəffəq olub. Hadisənin səbəbləri məlum deyil.

Samir


Müəllif: