Almaniyanın Köln şəhərində keçirilən aksiya zamanı PKK terror təşkilatının tərəfdarları ilə polis arasında qarşıdurma olub.
Teleqraf.com xarici mediaya istinaən xəbər verir ki, nəticədə 2 polis yaralanıb, 8 aksiya iştirakçısı saxlanılıb, 30 nəfər barəsində axtarış elan olunub.
Aksiya zamanı təxminən 300 nəfər yaxın şəxs PKK təşkilatının lideri Abdulla Öcalanın plakatları və PKK-nın şüarları yazılan posterlər nümayiş etdirib. Aksiyanın gedişində nümayişçilərin molotov kokteylindən istifadəsindən sonra polis müdaxilə etməli olub. Aksiya iştirakçıları polisə daş və şüşələrlə hücuma keçiblər. Polis nümayişçilərə gözyaşardıcı qazdan istifadə etməli olub. Daş və şüşə yağışına tutulan polislərdən ikisi zərbə nəticəsində yaralanıb.