15 Noyabr 2016 10:26
1 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi məsələsini müzakirə ediblər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, Putin Medvedevə təhqiqatın dəqiq aparılması üçün tapşırıq verib.

Qeyd edək ki, nazirə qarşı korrupsiya ittihamı irəli sürülüb: "O, "Başneft"in səhmlərinin 50 faizinin "Rosneft" şirkətinə verilməsi üçün 2 milyon dollar rüşvət almaqda ittiham olunur".

Samir


Müəllif:

Oxşar xəbərlər