ABŞ-da nəşr olunan “Taym” jurnalı “100 foto” layihəsinin nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, layihə zamanı 1826-cı ildən 2015-ci ilədək çəkilmiş 100 ən məşhur foto yer alıb. Fotolar layihənin eyni adlı portalında yerləşdirilib.
Nəşr yazır ki, “Taym”ın jurnalistləri üç il ərzində beynəlxalq kuratorlar, tarixçilər, fotoredaktorlar və fotoqraflarla bəşər tarixinin 100 ən önəmli fotosunun siyahısını müəyyənləşdirmək üçün əməkdaşlıq ediblər.
“Fotonu önəmli etməyin formula yoxdur. Bizm siyahımızda bəzi görüntülər ona görə yer alıblar ki, onlar öz sahələri üzrə bir ilk olublar. Digərləri siyahımıza ona görə daxil ediliblər ki, onlar bizim dünyagörüşümüzü formalaşdırıblar. Bəziləri isə bizim həyatımızı dəyişiblər. Bütün 100 foto insan həyatının dönüş nöqtəsi sayıla bilər”.
Jurnal, həmçinin qeyd edir ki, bu layihə fotoqrafiyanın tarixdəki nüfuzununa da işıq salır.
“Taym”ın siyahısına Ernesto Çe Geveranın portreti, Məhəmməd Əlinin nokautu, 2014-cü ildə “Oskar” mükafatının təqdimetmə mərasimi zamanı Hollivud ulduzlarının çəkdirdikləri selfi, Vyetnam müharibəsi dövründə çəkilmiş “Müharibə dəhşəti”, “Səmada nahar”, “Tayms-skverdə öpüş” və digər fotolar yer alıb.
Səxavət