Suriyada Bəşər Əsəd rejiminin Latakiya bölgəsində Türkmandağı və Cəbəl Əkrad bölgəsində başlatdığı hücumların qarşısı müxaliflər tərəfindən alınıb.
Axar.az xəbər verir ki, bu barədə Suriya Türkləri Dərnəyi məlumat yayıb.
Səhər saatlarında hücuma keçən rejim qüvvələrinin İsa Pinar kəndi və Tuffahiye qəsəbəsində bəzi mövqeləri ələ keçirdiyi bildirilsə də, axşama doğru həmin ərazilərin geri alındığı bildirilib.
Qeyd edək ki, atışmalarda Əsədə sadiq 18 əsgər öldürülüb, 2-si isə girov götürülüb.
Bundan əlavə, müxaliflər 1 tank və 1 təyyarə əleyhinə raketi də qənimət olaraq ələ keçiriblər.