İraq Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş helikopteri Mosulun cənub hissəsində qəzaya uğrayıb.
"Report"un Qərb mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dörd hərbçi həlak olub.
İraq HHQ komandanlığı qəzanın texniki səbəblərdən baş verdiyini bildirib. Qəzaya uğramış helikopterin Rusiyada istehsal edilmiş "Mi-35" olduğu vurğulanıb.