Mərkəzi Afrika Respublikasında son həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Uam-Pende prefekturasının Koyi şəhərində xidməti vəzifəsini həyata keçirən sülhməramlılara 50 nəfərə yaxın silahlı hücum edib. Hadisə nəticəsində Banqladeşdən olan sülhməramlı həyatını itirib”, deyə S.Düjarrik bildirib.