Con Kerri ABŞ dövlət katibi kimi son rəsmi səfərini reallaşdıracaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, səfər zamanı Vyetnam, Fransa, Böyük Britaniya və İsveçrəyə gedəcək.
Məlumatlara görə, səfər 13-18 yanvar tarixlərində baş tutacaq. Yanvarın 13-də Kerri Hanoy və Xoşiminə gedəcək və burada ikitərəfli münasibətləri müzakirə edəcək.
Yanvarın 15-də Parisdə keçiriləcək Yaxın Şərq konfrasında iştirak etmək üçün Kerri Fransaya yola düşəcək. Bir gün sonra o, Londonda Britaniya xarici işlər naziri Boris Consonla görüşəcək və Suriya məsələsini müzakirə edəcək.
Son olaraq, ABŞ dövlət katibi yanvarın 17-18-də Davosda keçiriləcək Beynəlxalq iqtisadi forumunda iştirak edəcək.
Samir