Aralıq dənizində Rixter şkalası üzrə 3,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:14-də qeydə alınıb. Zəlzələ ocağı Türkiyənin Antalya şəhərində, 44 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Antalyanın bir sıra ərazilərində hiss edilib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.