14 Yanvar 2017 18:24
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin özünə inanan, risk almağa hazır iş adamlarına, ixtiraçılara ehtiyacı var”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Birjasının yeni binasının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Türkiyəyə 2 mln. dollar investisiya yatıran investorların vətəndaşlıq almaq imkanı var: "İnvestisiyalar yatırın, bu ölkəyə güvənin. Bu ölkədə sabitlik, güvən var. Bu iki sehrli anlayışa əsla laqeyd yanaşmayın. İndi mən də buna əlavə edirəm ki, risk alın. Risk almadıqda bu iş irəliləməz”.

Ərdoğan investisiyaları təşviq edib, dünyanın ən böyük 10 iqtisadiyyatı sırasında olmağın hədəfləndiyini bildirib: "Yeni metodlarla turizm gəlirlərinin 100 mlrd. dollara qalxmasının yolları axtarılır".

O, Türkiyədə dolların lirəyə qarşı kəskin bahalaşmasına da münasibət bildirərək qeyd edib ki, son günlərdə məzənnə artımını silah olaraq istifadə edib yenə üstümüzə gəlməyə başlayıblar: “Qoy, gəlsinlər. Biz də bunların öhdəsindən gəldik və gələcəyik. Bizim bu hücumu qarşılayacaq gücümüz var”.

Türkiyə prezidenti vurğulayıb ki, iqtisadiyyatdakı aktual çətinliklərin həllinə yönəlmiş addımların atılması məsələsində bir az daha sürətli və qərarlı olmaq vacibdir.


Müəllif:

Oxşar xəbərlər