16 Yanvar 2017 00:25
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in mövqelərinə 21 hava zərbəsi endirib.

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 16, İraqda isə 5 hava zərbəsi endirib.

Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.


Müəllif:

Oxşar xəbərlər