25 Yanvar 2017 15:27
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin yeni katibi Reks Tillerson Senatda ilk çıxışı zamanı Nyu Cersi ştatının senatoru Robert Menendezin "erməni soyqırımı" ilə bağlı sualını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tillerson cavabında "soyqırım" sözünü işlətməyib:

"1915-ci ildə faciəvi hadisə baş verib. Türkiyə və Ermənistan arasında bu problemin həlli və münasibətlərin normallaşması ABŞ-ın marağındadır. Mən bununla bağlı hər iki ölkə nümayəndələri ilə görüşlər keçirəcəm".

Samir


Müəllif:

Oxşar xəbərlər