“Rusiya prezidenti ilə ABŞ prezidenti arasında telefon danışığının vaxtı barədə hələ ki dəqiqləşmə aparılmayıb”.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, bu istiqamətdə diplomatik iş gedir: “Hələ ki telefon danışığı barədə razılıq olmayıb və vaxt dəqiqləşməyib. ABŞ administrasiyası ilə əlaqələri qaydaya salmaq lazımdır. Rusiyanın Vaşinqtondakı səfirliyi işləyir və Dövlət Departamenti ilə daimi əlaqədədir”.
Kəmalə