Almaniyanın məşhur avtomobil şirkəti "Volkswagen" ABŞ-a satış üçün ixrac etdiyi 600 min avtomobili texniki problemlər üzündən geri çağırıb.
Teleqraf.com xəbər verir ki, yayılan məlumata görə, xüsusilə də, şirkətin "audi" markalı avtomobillərinin təhlükəsizlik yastıqları açılmayıb, su pompaları ifrat dərəcədə qızıb, kəmərlər standartlara cavab verməyib.