2 Fevral 2017 09:48
400

Çində yaşayış binasının çökməsi nəticəsində dağıntılar altında 6 nəfər qalıb.

Teleqraf.com "Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Sina portalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yerli vaxtla səhər saat 08.05-də Çjetzyan əyalətinin Vençjou şəhərində baş verən hadisə zamanı beşmərtəbəli yaşayış binasının 3 seksiyası çöküb. Hadisə nəticəsində ümumilikdə 100-dən çox insana ziyan dəyib.

Hadisə yerinə 8 xilasedici briqada cəlb olunub, axtarış və xilasetmə işləri aparılır. Ölən və yaralananların dəqiq sayı barədə məlumat verilmir.


Müəllif: