6 Fevral 2017 08:56
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Suriyaya İŞİD terror qruplaşması ilə mübarizə üçün əlavə hərbi kontingent göndərməlidir.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ konqresinin nümayəndələr palatasının spikeri Pol Rayan "NBC News" telekanalına müsahibəsində deyib.

Rayan bildirib ki: "Biz İŞİD-ə Suriyanı sığınacaq kimi istifadə etməyə imkan verə bilmərik. Bu bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır. Biz Suriyada İŞİD-i məhv etməliyik".

Spiker qeyd edib ki, bunu həyata keçirtməyin ən yaxşı üsulunu tapmaq lazımdır.


Müəllif: