Qazaxıstanın Aktoba şəhərində "ölkəninin ən gözəl cinayətkar qızı" mühakimə olunur.
Teleqraf.com xəbər verir ki, yerli media 39 yaşlı Botaqoz Biyekenovanı bu cür təqdim edib.
O, dələduzluqda ittiham olunur.
Botaqoz Biyekenova Aktoba vilayəti səhiyyə şöbəsi müdirinin müvanini Artam Yerməhəmmədovu 20 min dollar müqabilində qızını Nazarbayev intellektual məktəbinə və Nazarbayev Universitetinə düzəldəcəyi adı ilə aldadıb.
Aldandığını başa düşən məmur polisə müraciət edib. Onun özünü də dövlət qulluqçusunun etik qaydalarını pozduğuna görə işdən azad ediblər.
Məlum olub ki, daha 3 nəfər gözəl xanımın "cazibəsinə" düşüb. Birinə mənzil düzəldəcəyinə, digərinə biznes qurmağa yardım göstərəcəyinə, üçüncüsünə isə işə qəbul etdirəcəyinə söz verib.
Ən maraqlısı odur ki, tibb şirkətinin rəhbəri olan Botaqoz Biyekenova məhkəmədə xəstə atasının mülaicəsinə yardım üçün pul topladığını deyib.
MAHİR