13 Fevral 2017 18:37
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “Həmşəhri” qəzeti Urmiyə şəhərinin tarix və milli kimliyini təhrif etdiyinə görə Azərbaycan əhalisindən üzr istəyib.

Bu, yerli əhali və millət vəkillərinin nəşriyyəyə qarşı sərt etirazlarından sonra baş verib.

“Həmşəhri” qəzeti fevralın 13-də “düzəliş və üzr” başlıqlı mətn yayaraq yol verdiyi təhriflə bağlı Azərbaycan əhalisindən üzr istədiyini vurğulayıb.

““Həmşəhri” qəzeti fevralın 11-də yayılan sayıda qövmlər və dinlərin birgeyaşayış mədəniyyəti mövzusunda “Şimal-qərbdə əmin-amanlıq” başlıqlı məqalə dərc etmişdir. Təəssüflə sözügedən məqalədə etibarlı tarixi mənbələrdən istifadə edilməyib və bu yalnışlıq bir sıra gilayə və anlaşılmazlıqlara yol açıb. “Həmşəhri” qəzeti olaraq yol verilən səhvə görə Qərbi Azərbaycan Vilayəti əhalisindən üzr istəyir və belə bir hadisənin bir daha təkrar olunmayacağına ümid edirik”- deyə qəzetin yaydığı mətndə qeyd olunub.

Xatırladaq ki, fevralən 11-də Qərbi Azərbaycanda yayılan “Həmşəhri” qəzetində “Şimal-qərbdə əmin-amanlıq” adlı məqalə dərc olunub. Məqalənin müəllifi Zəhra Xələci tarixi saxtalaşdıraraq Azərbaycanın qədim şəhəri Urmiyəni kürd-erməni şəhəri kimi təqdim etməyə çalışıb və türklərin bu şəhərdə azlıq təşkil etdiyini bildirib.

Məqalədə qeyd olunub ki, “hazırda kürdlər Urmiyə əhalisinin təxminən yarısını təşkil edir, onlar azəri, erməni, asori və farsdillilərlə birgə yaşayırlar.”

Qəzetin kürd-erməni siyasi cərəyanlarının iddiası istiqamətində Azərbaycan şəhərinin tarixini və hətta bugünki reallığı təhrif etməsi yerli əhali ilə yanaşı Urmiyə millət vəkilləri Nadir Qazipur, Ruhulla Həzrətpur və Hadi Bahadurinin kəskin etirazına səbəb olmuşdur.


Müəllif: