17 Fevral 2017 11:54
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan admiralı Rober Harvard prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən imtina edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı CBS News telekanalı Tramp administrasiyasındakı etibarlı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Harvardın bu addımına təhlükəsizlik şurasının kadr təminatı ilə bağlı məsələdə Tramp administrasiyası ilə mübahisəsi səbəb olub.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flinn Trampdan xəbərsiz Rusiyanın bu ölkədəki səfiri ilə görüşlər keçirdiyinə görə istefa verib.

Samir


Müəllif:

Oxşar xəbərlər