9 İyul 2014 16:15
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə 16 yaşlı Salma və Zahra Halane bacıları "İraq Şam İslan Dövləti"nə (İŞID) qoşulublar.

Teleqraf.com İngiltərənin "The Sun" qəzetinə istinadən xəbər verir ki, bacılar Sutiyaya çatandan sonra valideynlərinə zəng edib "dönməyəcəyik" deyiblər.

Mançestr şəhərindəki evlərini iki həftə öncə tərk edən əkizlər İŞİD üzvü olan qardaşının yanına - Suriyaya gediblər. Onlar Suriyaya Türkiyə vasitəsilə keçiblər. Bacılar orta məktəbdə nümunəvi şagirdlər olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər