25 Fevral 2017 00:09
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun şimali-qərbində dəhşətli yol qəzası baş verib

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Truxilyo şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən yük maşını mikroavtobus və motosikletə çırpılıb. Toqquşmadan sonra baş verən partlayış nəticəsində 19 nəfər yanaraq ölüb. Ölənlərin şəxsiyyətlərini yalnız tibbi ekspertizadan sonra müəyyənləşdirmək mümkün olacaq.


Müəllif: