Dünən səhər saatlarında Antalyada Türkiyə, ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəislərinin görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin "Habertürk" qəzeti görüşün təfərratlarını açıqlayıb. Məlumatlara görə, toplantıda Suriya və iraq başda olmaqla regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub:
"Amerikalı general Cozef Fransis Danford ABŞ prezidenti Donald Trampın Rakka planının təfərrüatlarını açıqlayıb. Türkiyə SQ Baş qərargah rəisi Hulusi Akar PYD/YPG ilə bağlı ölkəsinin mövqeyini bölüşüb.
Komandirlər Münbiçin gələcəyi ilə bağlı fikirlərini də bölüşüblər. ABŞ və Rusiya qərargah rəisləri türk əsgərlərinin Münbiçə girməsinə qarşı fikirlər söyləyiblər. Generallar Rakkanın azad olunmasında İncirlik hərbi hava bazasının aktiv rol oynayacağını bildriblər. Türkiyə isə bu əməliyyatlara loqistik dəstək verəcək. Türk əsgərləri Rakka hərəkatında birbaşa rol oynamayacaq.
İŞİD Rakkada sıxışdırılacaq
Son bir həftə ərzində ABŞ Münbiçin şərqində, Rusiya isə qərbində bayraq qaldırıb. Moskva rəhbərliyi YPG/PYD-nin bölgəni tərf edəcəyini bildirib. Hökumət Qüvvələri isə Münbiçin şimalına hücuma başlayıb.
Bu əməliyyatlara İŞİD terrorçuları Rakkaya doğru sıxışdırılacaq. İŞİD-n Suriyadan İraqa keçməsi üçün mümkün olan bütün yollar bağlanacaq.
İncirliyə vacib tapşırıq
Amerikalı general Danford ötən həftə Aka ilə İncirlik hərbi bazasında bir araya gəliblər. Bundan əvvəl isə Danford Azad Suriya Ordusunun (ÖSO) nümayəndələri ilə görüşüb və ÖSO-nün imkanlarını öyrənib. İncirlik Rakka əməliyyatlarında ən vacib strateji obyekt olacaq. Hava əməliyyatlarına türk döyüş təyyarələri də qatılacaq.
Samir