Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər.
"Report" xəbər verir ki, barədə "Hürriyet Daily News" məlumat yayıb.
Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.
Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.