"Türkiyənin Hollandiyaya qarşı tətbiq etdiyi qadağalar o qədər də pis deyil".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Hollandiya baş naziri Mark Ryutte deyib.
Onun sözlərinə görə, Hollandiyanın qəzəblənməsi üçün daha çox səbəb olduğu halda Türkiyənin qadağa tətbiq etməsi təəccüblüdür.
Qeyd edək ki, Türkiyə Nazirlər Kabinetinin qərarına əsasən, məzuniyyətdə olan Hollandiyanın Ankaradakı səfiri Türkiyəyə buraxılmayıb. Bundan başqa, ölkələr arasında planlaşdırılan bütün rəsmi səfərlər təxirə salınıb və Türkiyə Böyük Millət Məclisində Hollandiya parlamenti ilə birlikdə yaradılan dostluq qrupu ləğv edilib.
Samir