"Suriya İsrail təyyarələrinə bir daha təhlükə yaratsa, biz bu ölkənin havadan müdafiə sistemini məhv etmək məcburiyyətində qalacağıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.
Nazir onu da vurğulayıb ki, İsrail heç vaxt Suriyadan Hizbullaha silah daşınmasına icazə verməyəcək.
Qeyd edək ki, bir neçə gün öncə Suriya ordusunun İsrailin hərbi təyyarəsini vurduğuna dair məlumat yayılsa da, İsrail bu xəbəri təsdiqləməmişdi.