Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Təbii fəlakət zamanı ümumilikdə 141 min yaşayış evinə və 643 min insana ziyan vurub. Paytaxt Limada 6 nəfər ölüb, 7 mindən çox evə ziyan dəyib.
Məlumata görə, təbii fəlakət “El-Ninyo” iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.
/APA/