Avropa Birliyi ölkədə insan hüquqları kobud şəkildə pozulduğü üçün İranın 82 qurum və rəsmisinə qarşı 6 il əvvəl tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Avropa Birliyinin sanksiya tətbiq edəcəyi iranlı 82 fiziki və hüquqi şəxsin adı bu gün elan ediləcək.
Bildirilib ki, İran rəsmilərinə qarşı tətbiq edilən sanksiyaların müddəti 2018-ci il aprelin 13-ə qədər uzadılıb. Avropa Birliyi, həmçinin ölkədə senzuranın tətbiq edilməsində və dinc müxaliflərə qarşı həyata keçirilən ölkədaxili repressiyalarda istifadə edilə biləcək hər hansı təchizat və ya avadanlığın da İrana ixracına qadağa qoyub.
Qeyd edək ki, Avropa Birliyi İranın 82 rəsmisinə qarşı sanksiyaları 2011-ci ildə keçmiş prezident Mahmud Əhmədinejadın prezidentliyi dövründə ölkədə dinc müxaliflərə qarşı repressiyalar geniş vüsət alandan sonra tətbiq edib.
Samir