12 Aprel 2017 13:12
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson arasında planlaşdırılan görüş başlayıb.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, görüşdən əvvəl Lavrov jurnalistlərin bəzi suallarını cavablandırıb.

Onun sözlərinə görə, Tillersonun səfəri lazımi vaxtda baş tutub: "ABŞ-ın Suriyaya növbəti hücumuna yol vermək olmaz. Biz hər zaman kollektiv hərəkət tərəfdarı olmuşuq. ABŞ dövlət katibi ilə terrorçuluqla mübarizə və Suriya məsələsini müzakirə edəcəyik".

Görüş bağlı qapılar arxasında davam edib. Daha sonra diplomatlar birgə mətbuat konfransı keçirləcəklər.

Samir


Müəllif:

Oxşar xəbərlər