16 Aprel 2017 00:17
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı artır.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, ölənlərin sayının 100 nəfərdən çox olduğu bildirilir.

20.39

Suriyanın Hələb şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə zamanı 130 nəfər yaralanıb.

19.12

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın "Əl-İxbariyyə" dövlət telekanalı məlumat yayıb. Bundan əvvəl sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatdığı məlumat verilmişdi.

Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. Bu yaşayış məntəqələri üç ildən çoxdur ki, yaraqlıların mühasirəsindədir. Orada 20 minə yaxın insan yaşayır.


Müəllif:

Oxşar xəbərlər