Teleqraf.com nyus.am-a istinadən xəbər verir ki, A.Tatoyan ötən ilin iyulunda baş vermiş hadisələrlə bağlı növbədənkənar ictimai məruzəsini təqdim edərkən, bir qrup gənc əllərində plakat zala daxil olub. Plakata “Respublika Partiyasının havadarı” yazılıb. Gənclər əllərindəki plakatı tribunaya ataraq, oradan uzaqlaşıblar.
A.Tatoyan bu olaya heç bir reaksiya verməyib və məruzəsinə davam edib.
Qeyd edək ki, Respublika Partiyasına Serj Sərkisyan başçılıq edir.
Səxavət