ABŞ prezidenti Donald və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətlər və aktual beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Məlumata görə, liderlər Suriya və Yəməndəki vəziyyətə toxunublar. Eləcə də Şimali Koreyadan gələn təhdidlər müzakirə edilib. Prezident Tramp Almaniya və Fransanın səylərini yüksək qiymətləndirərək Minsk razılaşmaları əsasında Ukraynada nizamlama üzrə danışıqların keçirilməsini dəstəkləyib.