4 May 2017 11:21
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi Rusiyanı istənilən ölkə üçün ən böyük təhlükə adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu haqda FTB şefi ABŞ Senatanın Ədalət Komitəsinin qarşısına çıxış edərkən bildirib.

Komi həmçinin Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsinə dair senatorların suallarına cavab verib.

FTB rəhbəri Rusiyanın “tutumuna” diqqət çəkərək bildirib ki, meyillərinə və gücünə baxılarsa, Rusiya istənilən ölkə üçün dünyada ən böyük təhlükədir.

Rusiyanın Amerika siyasətinə müdaxilələri haqda danışan Ceyms Komi bəyan edib ki, keçən müddətdə öyrəndikləri odur ki, Rusiya belə cəhdləri təkrar etməyə çalışacaq:

“Çünki 2016-cı il seçkilərində etdikləri işlərin bir qarşılığı olduğunu görüblər”.

Prezident Donald Trampın qələbə qazandığı seçkilərdə Demokrat Partiyasının elektron ünvanlarda yazışmalarının ələ keçirilməsinin arxasında rusların durduğunu söyləyən Ceyms Komi bildirib ki, Demokrat Partiyası və digər təşkilatların sistemlərinin ələ keçirilməsinin arxasında da Rusiyanın olduğundan son dərəcə əmindir.

Ceyms Komi digər prezidentliyə namizəd Hillari Klintonun “seçkilər 8 noyabrda deyil, 27 oktyabrda keçirilsəydi, qələbə qazanardım” fikrini də cəfəng fikir adlandırıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər