4 May 2017 22:29
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Rusiya və İran Suriyada "atəşkəs bölgələri"nin qurulması barədə protokol imzalayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub.

Bəzi müxalifət nümayəndələri qışqıra-qışqıra görüşlərin keçirildiyi zalı tərk edib.

Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada müqavilənin məmnuniyyətlə qarşılandığı bildirilib: "Toplantıda atəşkəsin təminatçısı olan ölkələr - Türkiyə, Rusiya Federasiyası və İran arasında Suriyanın İdlib vilayətinin hamısı, Lazkiye, Hələb və Həma vilayətlərinin müəyyən hissələri, Homs vilayətinin müəyyən hissələri, Şam/şərqi Quta bölgəsi, Deraa və Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edən atəşkəs bölgələrinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb."

Bəyanatda o da deyilir ki, tərəflər döyüşən tərəflər arasında yuxarıda sadalanan bölgələrdə hava ünsürləri də daxil olmaqla, hər cür silahdan istifadənin dayandırılması və bölgələrə təcili və fasiləsiz humanitar yardım axınının təmin edəcək Niyyət Protokolu məmnuniyyətlə qarşılayır.

Protokolun imzalanmasından əvvəl prezident Ərdoğan deyib ki, atəşkəs bölgələrinin yaradılması problemin 50 faizini həll edir. Ərdoğan və Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Soçidə görüşərək Suriyada atəşkəs zonalarının yaradılması barədə razılığa gəlib. Liderlərin birgə mətbuat konfransında danışan Putin bildirib ki, bu məsələnin təfərrüatlarına Astanada görüşəcək Suriya hökuməti ilə silahlı müxalif qruplar qərar verməlidir.

O həmçinin qeyd edib ki, bu ideyaya ABŞ Prezidenti Donald Tramp da dəstək verib. Suriya Xarici İşlər Nazirliyi də atəşkəs bölgələri təklifini dəstəkləyib.


Müəllif:

Oxşar xəbərlər